Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Bayram günləri Bakıda avtobuslar necə işləyəcək? (AÇIQLAMA)

Bayram günləri Bakıda avtobuslar necə işləyəcək? (AÇIQLAMA)

Bir neçə gündən sonra ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd ediləcək. Bayram günlərində paytaxt yollarında əhalinin sıx hərəkət edəcəyi ehtimal olunur.
Bəs, bu günlərdə ictimai nəqliyyatın hərəkəti necə təşkil ediləcək? Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusların hərəkət qrafikində hər hansı bir dəyişiklik edəcəkmi?

Məsələ ilə bağlı BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə Trend-ə bildirib ki, ümumilikdə, iş və ya qeyri-iş günlərində müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobusların sayı sərnişin tələbatına uyğun tənzimlənir.
“Bu tətil günlərində də sərnişindaşımalar bu qaydalar əsasında tənzimlənəcək. Əhalinin bayram tətili günlərində ictimai nəqliyyatdan rahat istifadəsində hər hansı bir narahatlıq olmayacaq. Adətən bayram günlərində əhali dincəlmək üçün daha çox şəhərdən kənara getdiyi üçün marşrut şəbəkəsində sərnişin sıxlığı olmur”, – deyə şöbə müdiri bildirib.

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …