Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Sosial / “Bayıl yamacında heç bir aktivlik müşahidə olunmur”

“Bayıl yamacında heç bir aktivlik müşahidə olunmur”

Bu gün Bakının Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə baş verib. 

Hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Bayıl sakini Elməddin Muradli musavat.com-a bildirib ki, Teleqüllənin yaxınlığında olan sürüşmə zonasında vəziyyət sabitdir:

“Buxta ərazisində tez-tez sürüşmə hadisəsi qeydə alınır. Bu da əsasən əraziyə suyun artıq buraxılması ilə əlaqəli olur. Bayıl yamacında Teleqüllənin yaxınlığında hələ ki, vəziyyət sabitdir. Camaatın yarısı kirayə mənzillərdə, yarısı isə öz evində qalır. Bildirilib ki, gələn ay konkret qərar qəbul ediləcək. Ya əhaliyə birdəfəlik kompensasiya ödəniləcək, ya da camaat evlərinə qaytarılacaq. Yenə də kirayə mənzillərdə qalan insanlar gündüz məhəlləyə gəlib, evlərinə nəzarət edirlər”.

Onu da qeyd edək ki, Bayıl yamacında sonuncu sürüşmə hadisəsi bu ilin fevral ayında baş verib.

Həmçinin oxuyun

“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – Vətəndaşlara xəbərdarlıq

Mayın 25-dən 31-dək “Tarqovı”, İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq. Verilən məlumata görə, …