Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Başçının keçmiş müavini indi də qəsəbə sakinlərini bezdirib… – GİLEY

Başçının keçmiş müavini indi də qəsəbə sakinlərini bezdirib… – GİLEY

Hacı Zeynalabdin qəsəbəsi sakinləri adından DİA.AZ-a müraciət daxil olub.

Redaksiyamıza verilən məlumata görə, qəsəbənin icra nümayəndəsi Lalə Haciyevanın yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaransa da, nəinki bunların qarşısı alınıb, əksinə, 2 ildən artıqdır ki, qəsəbəyə rəhbərlik edən Hacıyeva tam bir nəzarətsizlik mühiti yaradıb.

Dia.az-a daxil olan məlumatda bildiririlir: “Ölkə başçısı İlham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Hacıyeva bu tapşırıqları gözardı edir. Bununla yanaşı, qəsəbədə bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacı Zeynalabdinin icra nümayəndəsinin kim olmasıdır.

Rəsmi olaraq Lalə Hacıyevanın icra nümayəndəsi təyin edildiyi dəqiqdir. Amma onun katibəsi və sürücüsü icra nümayəndəsi adından istədiklərini edirlər. İcra nümayəndəsinin katibəsi Əsli Qasımova və katibənin atası sürücü Nöfəl qəsəbədə sözün həqiqi mənasında «at oynadır»”.

İddia olunanarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …