Ana səhifə / Sosial / “Baş verənlər Azərbaycan xalqına qarşı bir təhqirdir” – Hafiz Hacıyev

“Baş verənlər Azərbaycan xalqına qarşı bir təhqirdir” – Hafiz Hacıyev

Son aylar vaxtilə Azərbaycanda yaşayan ermənilərin ölkəmizə qayıdışının təşkili ilə bağlı bir sıra addımlar atılmaqdadır. Hansı ki, cəmiyyətdə birmənalı qarşılanmayan bu addımlar bəzi media orqanları tərəfindən təqdirəlayiq yenilik kimi təqdim olunmaqdadır.
Azərbaycan torpaqlarının hələ də işğal altında olduğu bir zamanda ermənilərin ölkəmizdə məskunlaşdırılması nə dərəcədə doğrudur?

Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, baş verənlər Azərbaycan xalqına qarşı bir təhqirdir:

“Təsəvvür edin ki, ermənilər 1 aydır ki, Azərbaycan əsgərinin cəsədini bizə verməkdən imtina edir, biz isə erməniləri ölkəmizə dəvət edib onlara ev veririk. Görün o, rəhmətə getmiş əsgərin anası nələr çəkir. Bir tərəfdə sosial şəbəkələrdə onun oğlunun cəsədi yayılır, digərində isə Bakıya dəvət olunmuş ermənilər. Mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizdə ermənilərlə qohumluğu olan məmurlar var. Bu şəxslər ermənilərin Azərbaycana gəlməsinin tərəfdarıdılar. Onlar bütün imkanlardan istifadə edərək ermənilərin ölkəmizə gəlməsini təmin etmək istəyirlər. Xalqımız birlik nümayiş etdirərək bu satqınların qarşısını almalıdır.”

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın