Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Baş redaktor namizədliyini geri götürdü

Baş redaktor namizədliyini geri götürdü

BAXCP sədrinin müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli parlament seçkilərində iştirakdan imtina edib.
Moderator.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. E. Mirzəbəyli qeyd edib ki, istər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməyi düşünmür: “Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm.İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim dövlətimdən tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqinicə istifadə etmək imkanının tanınmasıdır”.
Qeyd edək ki, E. Mirzəbəyli namizədliyini 73 saylı Lənkəran seçki dairəsindən irəli sürmüşdü.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın