Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Baş Prokurorluq Meydan TV ilə maraqlanır

Baş Prokurorluq Meydan TV ilə maraqlanır

Sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. “Turan” bildirir ki, jurnalisti müstəntiq Ramiz Alıverdiyev dindirib.

Bu barədə Meydan TV-yə danışan S.Vaqifqızı bildirib ki, ona verilən suallar avqustun 20-də Mingəçevir şəhərində baş vermiş hadisələrlə bağlı olsa da, sonradan sualların məcrası dəyişib: “Əvvəl sual etdilər ki, Mingəçevirə nə vaxt getmisən, həmin kadrları kim yayımlayıb, güya bunlar istintaq sirri sayılır. Mən cavab verdim ki, artıq şəhərə daxil olanda hadisələr sakitləşmişdi. Bundan sonra suallar Meydan TV haqqında oldu, rəhbərlik kimdir, qeydiyyat varmı, ümumiyyətlə, ordakı fəaliyyətim nə ilə bağlıdır, deyə sual edirdilər. Belə olanda suallara cavabı dayandırdım və “siz məni Mingəçevir, yoxsa Meydan TV ilə bağlı ifadə verməyə çağırmısınız” sualını verdim. Və mən ifadə verməkdən imtina etdim…”.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …

Bir cavab yazın