Ana səhifə / Sosial / “Baş nazirin, nazirlərin Qubada villaları var, amma yolu düzəltmirlər” – DEPUTAT

“Baş nazirin, nazirlərin Qubada villaları var, amma yolu düzəltmirlər” – DEPUTAT

Bakı-Quba yolu ilə getmək mümkün deyil. İnsanlar bu yolla getmək istəmirlər. Baş nazirə müraciət edirəm ki, bu yolun çəkilməsi üçün işlər görülsün”.

Azinforum.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Baş nazirin və nazirlərin/, müavinlərinin Qubada villaları var: “Onlar həmin yolla gedəndə yolun vəziyyətini görmürlər? Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …