Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Sosial / Baş nazirdən MEDİA-nın inzibati bina ilə təmin edilməsi ilə bağlı TAPŞIRIQ

Baş nazirdən MEDİA-nın inzibati bina ilə təmin edilməsi ilə bağlı TAPŞIRIQ

Baş nazir Əli Əsədov “”Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, baş nazir İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət qeydiyyatına alındığı gündən MEDİA-nın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı ilə bağlı təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi …