Ana səhifə / Sosial / Baş Nazir qiymət artımından danışdı: “Bizdən asılı olmayan məsələlər də var”

Baş Nazir qiymət artımından danışdı: “Bizdən asılı olmayan məsələlər də var”

“Azərbaycan hökuməti qiymət artımı məsələni daim nəzarətdə saxlayır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Nazir Əli Əsədov deyib.

Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ciddi məşğul olacaq: “Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.

Həmçinin oxuyun

Sabah 27 dərəcə isti olacaq PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və …