Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə bilər. Respublikanın baş infeksionisti vətəndaşlara xəbərdarlıq edib. Hər kəs diqqətli olmalıdır.
Xəzər TV xəbər verir ki, bir neçə ay əvvəllə müqayisədə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir.
Havanın temperaturunun dəyişkən olması, nisəbətən soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanması və digərsəbəblərvirusun yayılmasını sürətləndirir. Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib ki, yoluxma sürəti belə davam edərsə karantin qaydaları daha sərtləşdirilə bilər.
Təyyar Eyvazovun sözlərinə görə covid 19a yoluxanların sayının dəfələrlə artması ordumuza da siraət edə bilər. Belə olacağı təqdirdə ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Baş İnfeksionist vurğulayıb ki, hər kəs cəbhədəki hərbçilərimizin sağlamlığını düşünərək diqqətli olmalıdır.
Baş infeksionist əlavə edib ki, bu infeksiyaya qalib gəlmək üçün hər kəsin əməl edə biləcəyi qaydalar var.
Təyyar Eyvazov vurğulayıb ki, sadalanan qaydalara əməl edilərsə, yoluxma sayı minimuma enər.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …