Şənbə , Dekabr 10 2022
Ana səhifə / Sosial / Baş infeksionist: “Qapanmalara getmək zəruri olacaq” – VİDEO

Baş infeksionist: “Qapanmalara getmək zəruri olacaq” – VİDEO

Azərbaycanda koronavirusa yoluxma halları artır.

İki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində  12 min 185 yoluxma və  74 ölüm halı qeydə alınıb.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.

Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.

Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.

“Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək  zəruri olacaqdır”,- deyə baş infeksionist qeyd edib.

Həmçinin oxuyun

Ərzağın qiyməti 19,4 faiz artıb, yaşayış minimumu isə 17,1 faiz artır

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III …