Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bankomatların qarşısında növbələr yarandı – Səbəb

Bankomatların qarşısında növbələr yarandı – Səbəb

Son bir neçə gündə Bakıda bankların qabağında yaranan növbələrə, daha dəqiq desək, insanlar arasındakı sosial məsafə tələbinin qorunmasına polislər nəzarət edir. 

İnsanlar təqaüdlərini almaq, kommunal xərcləri ödəmək üçün bankların qarşısında növbələr yaradırlar. Bir çox hallarda isə sosial məsafə nəzərə alınmır, koronovirus təhlükəsi arxa plana atılır. 

Yalnız polisin müdaxiləsi nəticəsində məsələ öz həllini tapır. Niyə polis müdaxiləsi, nəzarəti olmadan insanlar növbədə dayana bilmirlər? Dövlətin müdaxiləsi olmadan öz aralarında nizam yaratmaq niyə bunca çətin bir proses halına gəlib ölkəmizdə? 

Xatırladaq ki, Azərbaycanda növbə problemi özünü hər zaman qabarıq göstərib. Daha çox bankomatların qarşılarında və banklarda bu tip növbəsizlik halları müşahidə olunur. Ayın sonlarında yaxud da əvvəlində maaşlar, təqaüdlər verilərkən qarşısında insan izdiham olan bankomatların qarşısı bu cür “növbə”li növbəsizliyə öyrəşib. Ay boyu maaşlarını gözləyən insanlar pulları karta gələn kimi düşüncəsiz şəkildə növbəsizlik yaradırlar və kim nə cür gəldi o cür hərəkət edir. Bu da, öz növbəsində, hamıya çətinlik yaradır. Daha sonra banklarda da bu cür hadisələrə tez-tez rast gəlmək olar. Belə ki, bank sistemlərində xüsusi aparatdan öz sıra nömrəsini götürüb gözləməsinə baxmayaraq, yenə sırasını gözləməyib özünü “araya” salmaq istəyənlərin də sayı az deyil. Bu hal, öz növbəsində, xəstəxanalarda və klinikalarda da intensiv baş verir. Xəstəxanalarda bəzən xəstənin vəziyyətinin ağır olması belə ona növbədənkənar giriş etməyinə şərait yaratmır.

Psixoloq Elnur Rüstəmov musavat.com-a açıqlamasında bildirdi ki, polis qanunları şüuraltı olaraq insanlara xatırladan, ona riayət edilməsinə dəvət edən dövlət tərəfindən təhkim olunan hüqiq mühafizə orqanın əməkdaşıdır. Müsahibimizin sözlərinə görə, insanlar polisləri görərkən onlarda şüuraltı qaydalara riayət edilməlidir fikri işə düşür: “Biz bunu post patrol xidməti əməkdaşlarının əraziyə nəzarət edərkən, yaxud yol polisinin yolda xidməti vəzifəsini yerinə yetirərkən insanların qanun və qaydalara nə qədər riayət etməklərində görə bilərik. Qeyd etdiyiniz məqamda da insanların davranışı qeyd etdiklərimlə formalaşır. Bütün insanlarda qanun qaydalara əməl etmək kimi bir istək olmur. İnsanların bir qismi bunu pozmaqdan şüuraltı ləzzət alırlar. Qrup şəklində yığışmış insanlar içərisində bir nəfər bu cür insanın olması həmin qrupun dinamikasını pozur. Nəticədə digər insanlar da istəmədən qaydaları pozmaq zərurəti ilə üzləşir. Ancaq həmin vaxt orada hüquq mühafizə orqanının əməkdaşlarının olması insanlara bir daha qanun qaydaya riayət edilməsini xatırladır”. 

E.Rüstəmov bildirdi ki, cəmiyyətdə şəxslərarası münasibətlərin tənzimlənməsində bu metoddan müxtəlif situasiyalarda, şəraitlərdə  istifadə olunur. Onun fikrincə, dərs otağında müəllim olanda və olmayanda şagirdlərin davranışı arasındakı fərq buna bariz nümunədir: “Yaxud valideyn evdə olanda və olmayanda uşaqların davranışı. Bunun kimi bir çox misallar gətirmfəək olar. Qeyd etmək məqamda şəxslərarası münasibət və davranışın tənzimləməsində bir üsuldur. Hər şeyə nəzarət olmalıdırmı sualınıza cbavab olaraq qeyd etməliyik ki, bu fərdlərin məsuliyyət səviyyəsindən asılıdır. Fərdi məsuliyyət – buna özünənəzarət də demək olar – nə qədər yüksək olarsa xüsusi nəzarət bir o qədər zəif olacaq. Bu qeyd etdiyim və etmədiyim bütün situasiyalatda keçərlidir”. 

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …