Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bankların borcun bağlanmasına dair arayışa görə pul tələb etmələri etirazlara səbəb olur (VİDEO)

Bankların borcun bağlanmasına dair arayışa görə pul tələb etmələri etirazlara səbəb olur (VİDEO)

Bankların əksəriyyəti vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əlavə ödəniş tələb edirlər.

Qiymətlər isə 20, 30 və 50 manat arasında dəyişir.

Bank işləri üzrə hüquqşünas Samir Qasımov bildirib ki, arayış üçün tarifləri bankların özləri müəyyənləşdirirlər.

Əvəllər sözügedən arayış üçün 10-15 manat ödənilirdisə, indi bu məbləğ 50 manata qədər yüksəlib.

Hüquqşünas bildirib ki, ötən il bu məsələ qanunla tənzimlənib.

Buna görə də, banklar istehlak kreditləri üzrə müqavilədə göstərilən müddətə qədər vətəndaşlardan arayış üçün pul tələb edə bilməzlər.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …