Cümə , Yanvar 21 2022
Ana səhifə / Sosial / Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir? – AÇIQLAMA

Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir? – AÇIQLAMA

Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalançı SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir. Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib narazı salır?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, istehlakçılara yanlış məlumatın verilməsi qanunla qadağandır.

“Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.

Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur”, – deyə deputat bildirib.

O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır./Trend

Həmçinin oxuyun

“Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək” – “Qaçqınkom”-da nə baş verir…

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin Prezident sərəncamı ilə “Qaçqınkom”un balansından çıxarılaraq Əmək və Əhalinin …