Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Banklar niyə müştərilərdən böyük həcmdə komissiyalar tutur? – VİDEO

Banklar niyə müştərilərdən böyük həcmdə komissiyalar tutur? – VİDEO

Azərbaycanda nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı Nazirlər Kabinetinin, eləcə də Mərkəzi Bankın bir neçə qərar və tövsiyyələri mövcuddur. Bu həm iqtisadiyyatın şəffaflaşdırılması, həm də vətəndaşların əlavə vaxt itkisinin qarşısının alınması üçün vacibdir.


Nağdsız əməliyyatların vətəndaşlar üçün əlçatan olması üçün isə banklar verilən tapşırıq və tövsiyyələrə uyğun olaraq stimullaşdırıcı addımlar atmalıdır. Ancaq təəssüf ki, bu addımları hazırda heç kim müşahidə etmir. Bəzi banklar hətta öz kartları daxilində aparılan əməliyyatlarda belə müştəridən pul köçürmə komissiyasından əlavə nağdlaşdırma zamanı da ayrıca komissiya tutur. Bu isə insanları nəinki nağdsız əməliyyatlara həvəsləndirir, əksinə bir çoxları köçürmə və ödəniş əməliyyatlarını nağd olaraq icra etməyə üstünlük verir.


İqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, bu məsələdə Mərkəzi Bank tərəfindən atılacaq addımlar vəziyyəti vətəndaşların xeyrinə dəyişə bilər.


Mütəxəssisin sözlərinə görə, bir sıra qonşu ölkələrdə artıq bu məsələlər tənzimlənib. İstənilən bank kartlarından digərinə olan əməliyyatlar pulsuz, ya da cox az sabit komissiya ilə icra olunur. Fuad İbrahimov onu da bildirib ki, hələ Azərbaycanda geniş şəkildə nağdsız əməliyyatlar üçün tələb olunan şərtlər də tam yetişməyib. Buna görə stimullaşdırma tədbirləri daha effektiv olmalıdır.


Onu da qeyd edək ki, nağdsız əməliyyatların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı zaman-zaman müxtəlif dövlət qurumlarının təklifləri, tövsiyyələri də yayımlanır. Çünki, nağdsız əməliyyatlar müasir iqtisadiyyatın ən vacib elementlərindən biri hesab edilir. Bu əməliyyatlar isə banklar üzərindən icra olunduğundan stimullaşdırma tədbirlərinin icrası elə bu maliyyə qurumlarının üzərinə düşür.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …