Bakı Kommersiya Məhkəməsində “Bank Respublika” ASC-nin “Mover” MMC-yə qarşı məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin olunub.
Qeyd: “Bank Respublika” ASC “Mover” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Cavabdeh qismində MMC-nin rəhbəri Arif Şəmistanlı göstərilib.