Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “BakuBus”ın avtobusları toqquşdu – Yaralananlar var

“BakuBus”ın avtobusları toqquşdu – Yaralananlar var

Bakıda baş verən yol qəzasında 7 nəfər yaralanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev  bildirib ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

“Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub”.

BNA rəsmisinin sözlərinə görə, xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb:

“Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.https://bax.tv/forhtml12.html?utm_source=yenisabah&utm_medium=banner&utm_campaign=1

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …