Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “BakuBus”ın avtobusları dayanacaqda saxlamır – Video

“BakuBus”ın avtobusları dayanacaqda saxlamır – Video

Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində “Koroğlu” metrosu istiqamətində sərnişinlər yolda qalıb.

“Qafqazinfo” xəbər verir ki, “BakuBus”a məxsus avtobuslar Cavanşir körpüsünün altından keçdikdən sonra prospektin orta yolu ilə hərəkət ediblər və Bakı Nəqliyyat Agentliyinə məxsus dayanacağa daxil olmayıblar. 13 saylı marşrut xətti üzrə hərəkət edən 7-8 avtobus içində az sərnişin olmasına baxmayaraq dayanacaqda saxlamayıblar. Bunun nəticəsində çoxlu sərnişin yarım saat gözləməli olub.

Yarım saatlıq intervalla dayanacağa daxil olan 1 saylı marşrut avtobusunda sıxlıq olduğundan sərnişinlərin bir çoxu minə bilməyərək yolda qalıblar.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …