Çərşənbə , İyun 26 2019
Ana səhifə / Sosial / “BakuBus” BNA-nın tabeliyinə verildi

“BakuBus” BNA-nın tabeliyinə verildi

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmanda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” MMC-nin Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi ilə bağlı müddəa da yer alıb.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində – Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları da bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilib.

Həmçinin oxuyun

Azərbaycanda qara pomidor yetişdirilir – Fotolar + Video

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu …