Ana səhifə / Sosial / “BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub.

Bu barədə paytaxt sakinləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, hadisə “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, “Gənclik” metrosu yaxınlığında, “Ganjlik Mall”ın qarşısında qeydə alınıb.
Hadisənin görüntüsü redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca səbəb olaraq, qoşa xətti tapdalayaraq dönür.
Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.
Qeyd edək ki, hadisə aprelin 4-də baş verib. Kobud qayda pozuntusu barədə aprelin 5-də bizə məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinə və “BakuBus” şirkətinə müraciət etdik. Hadisə barədə suallarımızı qurum rəsmilərinə ünvanladıq. Lakin hadisədən yalnız 17 gün keçməsindən sonra məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirdilər ki, qayda pozan avtobusun sürücüsü müəyyən edilib.
“Hadisə 3 nömrəli müntəzəm marşrut xətti üzrə olub. Sərnişinlərin həyatını təhlükəyə ataraq, kobud qayda pozuntusuna yol verən sürücü müəyyən edilib. Onunla bağlanan müqavilənin vaxtı may ayında bitir. Onunla yeni müqavilə isə imzalanmayacaq”.

Həmçinin oxuyun

Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.Yolun …