Şənbə , May 28 2022
Ana səhifə / Sosial / “Baku Electronics” qanunvericiliyin tələblərini pozdu

“Baku Electronics” qanunvericiliyin tələblərini pozdu

“Baku Electronics” MMC-yə cərimə protokolu yazılıb.

MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra proyokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …