Ana səhifə / Sosial / “Baku Bus”: Bəzi avtobuslarımızın intervalında ləngimələr yaranıb

“Baku Bus”: Bəzi avtobuslarımızın intervalında ləngimələr yaranıb

Novruz bayram tədbirləri ilə əlaqədar Bakının bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan “Baku Bus” MMC-nin bəzi istiqamətlərdə hərəkət edən avtobuslarının intervalında müvəqqəti ləngimələr yaranıb.

Bunu “Report”a şirkətin mətbuat xidmətinin rəhbəri Mənsur Priyev deyib.

Onun sözlərinə görə, aşağıdakı yollardakı hərəkət normallaşdıqdan sonra avtobusların intervalı qrafikə uyğun olaraq təmin olunacaq:

1.Tbilisi prospekti – Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi;

2. Qara Qarayev prospekti – Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metro stansiyası istiqamətində;

3. 28 may küçəsi – Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi;

4. A.Cəlilov küçəsi – F.Bayramov küçəsi;

5. Bülbül prospekti – Xəqani küçəsi;

6. Nobel prospekti – Süleyman Əhmədov küçəsi;

7. Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir;

8. Zərifə Əliyeva prospekti;

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …