Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Bakıya yeni su kəməri çəkiləcək, 10 anbar tikiləcək

Bakıya yeni su kəməri çəkiləcək, 10 anbar tikiləcək

“Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.

Bununla bağlı məsələ Prezidentİlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycanda yeni su anbarları da yaradılacaq. Lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:

1. Əlicançay su anbarı

2. Qudiyalçay su anbarı

3. Vəlvələçay su anbarı

4. Qaraçay su anbarı

5. Qusarçay su anbarı

6. Ağsuçay su anbarı

7. Türyançay su anbarı

8. Yengicə su anbarı

9. Viləşçay su anbarı

10. Zəyəmçay su anbarı.

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …