Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu – FOTOLAR, VİDEO

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu – FOTOLAR, VİDEO

Musavat.com –un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.

Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.

Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Öyrəndik ki, heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Müşahidə etdik ki, heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

 

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …