Ana səhifə / Sosial / Bakıya gələn erməni hüquq müdafiəçisi ilə görüş keçirilir – mətbuatı buraxmırlar

Bakıya gələn erməni hüquq müdafiəçisi ilə görüş keçirilir – mətbuatı buraxmırlar

Hazırda Bakıda olan dissident erməni yazıçısı Vahe Avetyanla hüquq müdafiəçilərinin “Hyatt regensy” otelində görüşü keçirilir. Görüşün təşkilatçısı QHT-lər Dövlət Dəstəyi Şurasıdır. 

Görüş keçirilən məkanda olan əməkdaşlarımızın sözlərinə görə, Avetyanla hüquq müdafiəçilərinin görüşünə yerli mətbuatdan yalnız “AzerTac”ın əmədaşlarının buraxıblar, digər media təmsilçilərini görüşə dəvətli olmadıqları üçün qapı arxasında saxlayıblar.
Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
Qeyd edək ki, İsveçdə yaşayan erməni yazıçısı artıq iki gündür ölkəmizin paytaxtındadır. O, burada şəhəri gəzir, görüşlər keçirir, öz təəssüratlarını sosial şəbəkədəki izləyiciləri ilə bölüşür.
Bundan başqa, Avetyan bu gün çoxdankı arzusunu həyata keçirərək, Xocalı abidəsinə əklil qoyub.
 







Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın