Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Bakıya 300-dən artıq yeni konteyner gətirilib

Bakıya 300-dən artıq yeni konteyner gətirilib

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda məişət tullantılarının yığılması və utilizasiya olunması ilə əlaqədar proqram hazırlanıb. 

Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. O, bildirib ki, proqram mart-aprel aylarında tam şəkildə həyata keçiriləcək.

“Proqramın üzərində müxtəlif mütəxəssislər çalışır. Bu proqram çərçivəsində ilkin iş kimi paytaxtın 4 – Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında xaricdən gətirilən yeni zibil konteynerləri yerləşdirilib. İlk mərhələdə 300-dən artıq konteyner qeyd etdiyim kimi paytaxtın mərkəzi rayonlarında qoyulub. Quraşdırılan konteynerlər rayonlar üzrə müxtəlif rənglərdə olacaq”.

Yeni konteynerlərin köhnələrdən fərqinə gəlincə İ.Kərimov qeyd edib: “Yeni konteynerlərin tutumu köhnələrdən daha çoxdur. Eyni zamanda plastik materialı möhkəmdir, estetik cəhətdən gözəldir. Bu konteynerlərin qapağı var. Qapaqları həm əllə, həm də ayaqla açılır. Bu da insanların rahatlığı üçün nəzərdə tutulub. Bundan başqa konteynerlərin qapaqlı olmasının digər üstünlüyü odur ki, külək olan zaman sellefonların uçmasının, yay aylarında isə zibil konteynerlərindən gələn xoşagəlməz qoxuların qarşısı alınacaq. Xüsusi tapşırıq verilib ki, konteynerlər təmiz saxlanılsın, təmirə ehtiyacı olarsa, dərhal təmir edilsin. Bildiyimiz kimi, bu gün paytaxtımıza müxtəlif ölkələrdən çoxsaylı turistlər gəlir. Şəhərimizin estetik gözəlliyinin artırılması əsas şərtdir”.

Meriya rəsmisi əlavə edib ki, yeni ilə bir neçə gün qalmış konteynerlərin quraşdırılmasına başlanılıb: “Yeni konteynerlər özünü doğrultsa, sayları artırılacaq. Əhalinin tam təlabatını ödəmək üçün yeni konteynerlərin sayları çox olacaq. Gələcəkdə konteynerlər zibil çeşidlərinə görə fərqlənəcək”.

İ.Kərimov, həmçinin qeyd edib ki, köhnə konteynerlər təmir olunaraq, şəhərkənarı ərazilərə yerləşdirilir.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …