Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Bakıya 1600 yeni vaqon gətiriləcək: Yükdaşımalar asanlaşdırılır

Bakıya 1600 yeni vaqon gətiriləcək: Yükdaşımalar asanlaşdırılır

Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.
Şöbə rəisi qeyd edib ki, hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir.
Ə.Qasımov deyib: “Şərq-Qərb” dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır”.
Şöbə rəisinin sözlərinə görə, dəmir yolu parkının yenilənməsi, infrastrukturun modernləşməsi və rekonstruksiyası yükdaşımalarda sürəti, təhlükəsizliyi və daha qısa vaxt ərzində yüklərin çatdırılmasını təmin edəcək.
Ə.Qasımov əlavə edib: “Bu, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımalarını asanlaşdıracaq və daha artıq yükdaşımaları cəlb etməyə imkan verəcək”. (trend)

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …