Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakının yaddan çıxan küçələri – VİDEO

Bakının yaddan çıxan küçələri – VİDEO

Bura Bakının bir nömrəli mərkəzi yolu sayılan “Heydər Əliyev” prospektidir.
Hər gün bu prospeklə hava limanından şəhərin mərkəzinə yüzlərlə qonaq gedir. Həmçinin bu əraziyə məsul olan idarələrin rəhbərləri də sözügedən prospektdən istifadə edərək hər gün bu ərazidən keçirlər. Mümkün deyilki,onlar buradan keçərkən bu mənzərənin şahidi olmasınlar. Söhbət Suraxanı qəsəbəsinin “Heydər Əliyev” prospektinə əsas çıxışından gedir.
Bu qəsəbəsinin “Heydər Əliyev” prosopektinə əsas çıxışını təmin etmək yaddan çıxıb. Avtomobil idarə edən qəsəbə sakinləri hər gün görünən bu bardyordan keçmək məcburiyyətindədirlər. Qəsəbənin əsas prospektə çıxışı olduqca təhlükəli və əlverişsizdir.
Ümid edirik ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürələcək və müvafiq addımlar atılacaqdır.
Sözügedən qəsəbənin əsas prospektə olan təhlükəli çıxışının görüntülərini sizlərə təqdim edirik: (Medianews.az) 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …