Bazar , Yanvar 24 2021
Ana səhifə / Sosial / Bakının prospektləri arasında əlaqə genişləndirilir: 63 yeni yol salınacaq (VİDEO)

Bakının prospektləri arasında əlaqə genişləndirilir: 63 yeni yol salınacaq (VİDEO)

Bakının böyük prospektləri arasında əlaqə genişləndirilir.
Bunun üçün Ağ şəhər layihəsi çərçivəsində salınacaq yeni yollardan istifadə ediləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə 63 yeni yolun salınması nəzərdə tutulub.
Yeni salınacaq yolların eni minimum 20, maksimum 45 metr olacaq ki, bu da kifayətqədər geniş yol sayılır. Eyni zamanda, ərazidə müasir işıqlandırma sistemi qurulacaq və piyada səkiləri salınacaq.
Qeyd edək ki, layihə çərçivəsində bir neçə müddət əvvəl salınan Xəqani Rüstəmov küçəsi də çox istifadə edilən yollardandır və pik saatlarda burada da sıxlıq müşahidə edilir.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …