Ana səhifə / Sosial / Bakının mərkəzində “yaşıl terror” – Ağacları kəsib obyekt tikmək istəyirlər – VİDEO

Bakının mərkəzində “yaşıl terror” – Ağacları kəsib obyekt tikmək istəyirlər – VİDEO

Bakıda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.
Dünən Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6. (Madonun arxasi) ünvanında iri gövdəli ağaclar məhv edilib.

Sakinlərin çoxsaylı müraciətlərindən sonra hadisə yerinə aidiyyəti qurumların əməldaşları gəlib.

Amma onlar gələnə kimi ərazidə iki ədəd tut, iki ədəd “Çörək ağacı” kökündən kəsilib. Məlumata görə ağacları kəsməkdə məqsəd həmin yerdə obyekt tikməkdir. Bildirilir ki, ağacları kəsdirən şəxs həmin ünvandakı evin sahibidir.

İş günü olmadığından məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.
Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …