Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Bakının mərkəzində təhlükəli vəziyyət – Fotolar

Bakının mərkəzində təhlükəli vəziyyət – Fotolar

Bu ilin avqustunda Maştağada, oktyabrda isə Keşlədə transformatora daxil olan bir uşağın yanaraq öldüyü, digərinin isə şikəst qaldığı məlumdur.

Sosial şəbəkədə daha bir təhlükəli vəziyyətdə olan ərazi haqda fotolar paylaşılıb.

Düşünə bilərik ki, həmin qəsəbələr şəhər kənarında yerləşdiyi üçün təhlükəsizlik məsələlərinə nəzarət zəifdir. Ancaq şəhərin lap mərkəzində də belə təhlükəli hallara rast gəlinir.

Təqdim etdiyimiz fotolar Mehdi Hüseyn küçəsində çəkilib. Bura Milli Məclis, Nazirlər Kabineti, Prezidentin Administrasiyası, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinə yaxın ərazidir.

Göründüyü kimi, küçənin işıqlandırılmasını təmin edən naqillər çox təhlükəli vəziyyətdədir. Ümumiyyətlə isə belə təsərrüfat işi olmaz.

Bu məsələyə səhifəmizdə ikinci dəfə toxunuruq. İki ay öncə izləyiciyə istinadən bu barədə məlumat vermişdik.

Onu da əlavə edək ki, istər mərkəz, istərsə də mərkəzdən kənar – hər yerdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilməlidir.    (Berbad Baki)

Berbad Baki adlı şəxsin şəkli.
Berbad Baki adlı şəxsin şəkli.
Berbad Baki adlı şəxsin şəkli.
Berbad Baki adlı şəxsin şəkli.
Berbad Baki adlı şəxsin şəkli.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …