Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakının mərkəzində su borusu partladı – Tıxac yarandı

Bakının mərkəzində su borusu partladı – Tıxac yarandı

Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb.

“Qafqazinfo”ya BNA-dan daxil olan məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib. 

Qeyd edək ki, su borusunun partlaması nəticəsində küçələri su basıb. Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır

Həmçinin oxuyun

Bakıda bina sökülür: Sakinlər ayağa qalxdı – VİDEO

Bakının Nəsimi rayonu, Abbas Səhət 25 ünvanında söküntü işlərinə başlanılıb. Sözügedən ərazidə çoxmərtəbəli bina inşa …