Ana səhifə / Sosial / Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular – VİDEO

Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular – VİDEO

Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən “Qızılgül bağı” parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşanıb. İnsident zamanı şəhid ailəsi olan sahibkar Əyanət Məmmədovun xəsarət aldığı deyilir.

Şəhid ailəsi Əyanət Məmmədov açıqlamasında bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.

“Özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri də başına toplayaraq, mənə hücum edib. Onlar Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən “Qızılgül bağı” parkının arxa hissəsində məndən aylıq 1000 manat pul verməyimi tələb ediblər. Qurban Əliyev mənə dedi ki, həmin pulu “Vətən müharibəsi əlillərinə kömək” ictimi birliyi adından toplayırıq. Səbəb kimi də mənə deyir ki, biz Qarabağ qazisiyik və sən bizə bu qədər vəsait verməlisən. Mən isə həmin pulu verməyəcəyimi deyəndə onlar mənə çəliklə hücum etdilər və başıma xəsarət yetirdilər. Bununla bağlı cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişəm. Hazırda araşdırma aparılır”.

Demokrat.az

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …