Azinforum.az Lent.az-a istinadən xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı 02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma durma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb.

Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib. Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.