Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakının mərkəzində ağacları kəsib, ərazini parkinq etdilər – FOTO

Bakının mərkəzində ağacları kəsib, ərazini parkinq etdilər – FOTO

Bakının mərkəzində, Nizami Kino Mərkəzinin yaxınlığında ağacları kəsib, ərazini parkinq ediblər.

Bu barədə tanınmış jurnalist Azər Qərib məlumat yayıb.

O bildirib ki, bu, özbaşınalıqdır: “Əlli metr aralıda yeraltı parkinq var, amma məmur xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. Söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, insanların yolunu kəsib özünə parkinq düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? Görəsən, 200 metr aralıda yerləşən Səbail Rayon İcra Hakimiyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə düşünürlər? Yenə 5-10 manat cərimə kəsəcəklər?”

Qeyd: Fotolar tanınmış memar Elçin Əliyevə məxsusdur.

Kənan Fotoları təqdim edirik

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …