Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakının mərkəzində ağaclar kəsildi – Nazirlik hərəkətə keçdi

Bakının mərkəzində ağaclar kəsildi – Nazirlik hərəkətə keçdi

Bakının mərkəzində 2 ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, quruma Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Araşdırma aparılıb və əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …