Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakının məşhur bazarı ASC-dən MMC-yə çevrilir

Bakının məşhur bazarı ASC-dən MMC-yə çevrilir

Bakının məşhur pərakəndə ticarət bazarlarından biri olan “8-ci km Ticarət Mərkəzi” yenidən təşkil olunaraq Açıq Səhimdar Cəmiyyətdən (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilir.
Kreditorlardan iki ay ərzində öz tələblərini Nizami rayonu, C.Naxçıvanski küçəsi 38K ünvanına (012 570-40-74) bildirmələri istənilir.

Məlumat üçüb bildirək ki, “8-ci km Ticarət Mərkəzi” ASC (VÖEN -1600015371) 16.10.2000-ci il tarixində dövlət qeydiyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 31 min 82 manat olan ASC-nin qanuni təmsilçisi Məmmədov Rufat Qubad oğludur.
Onu da qeyd edək ki, mətbuatda yer alan məlumatlarda ASC-nin əsas səhmdarının Bəhram Qurbanov olduğu bildirilir. Bəhram Qurbanovun isə Prezident Adminstrasiyası Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Fuad Ələsgərovun müavini İlqar Qurbanovun qardaşı oğlu olduğu bildirilir. Yeniavaz.com

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …