Ana səhifə / Sosial / Bakının mərkəzini su basdı – VİDEO

Bakının mərkəzini su basdı – VİDEO

Bu gün günorta saatlarında Bakının mərkəzini su basması barədə məlumat vermişdik. 

Belə ki, Süleyman Rüstəmov küçəsində partlayan borudan ətrafa yayılan su Rəşid Behbudov küçəsinə qədər olan ərazini əhatə edib. Ətrafa yayılan su piyadaların və avtomobillərin hərəkətində çətinlik yaratmaqla yanaşı, yaxınlıqda yerləşən idarəyə də ziyan vurub.

Ərazidə olan Bakı Su Kanal idarəsinin rəsmisi Yaşar Əhmədovun sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları əraziyə cəlb olunub. Qısa zaman ərzində qəzanın baş vermə səbəbi araşdırılıb, tədbir görüləcək. 

“Azərsu” ASC-dən verilən məlumata görə, ərazidən keçən 500 mm diametrli su borusunda  qəza baş verib.

Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq.

1

Bakının mərkəzini su basmasının səbəbi bilinib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:

“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

15:25

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. 

Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin oxuyun

Azərbaycanda bu şəxslər pensiya ALA BİLMƏYƏCƏKLƏR

“Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yanlız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”. Unikal.org xəbər …