Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Sosial / Bakının mərkəzində yol çökmək üzrədir – VİDEO

Bakının mərkəzində yol çökmək üzrədir – VİDEO

Yasamal rayonu Hüseyn Cavid Prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yolun asfalt qatı çökmək üzrədir. Vətəndaşlar bildirirlər ki, çöküntü bir müddətdir ki, var.  Lakin bərpa işləri aparılmır. Məsələyə Avtomobil Yolları Dövlət Agentliyi də münasibət bildirib.

Piyada zolağının yeni yamanmış asvalt qatı çökmək üzrədir.

Vətəndaşlar bildirir ki, təmir tikinti işlərindən sonra asvalt qatları düzgün bərpa edilmir. Ona görə də asvalt bir müddət sonra yenidən çökür.Yəni sürücülərin və piyaların istifadə etdiyi bu yer təkrar asfaltlansa da bir  müdddətdən sonra yendidən problem əmələ  gəlib…

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, ərazidən kommunikasiya xətləri keçir. Və kommunikasiya xidmətində olan ən kiçik problem asvalt örütüyünə təsir edir.

Anar Nəcəfli onu da qeyd edib ki, yollara mütəmadi olaraq baxış keçirilir və yaranmış problemlər aradan qaldırılır.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq …