Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Sosial / Bakının mərkəzində tor quruldu – Fotolar

Bakının mərkəzində tor quruldu – Fotolar

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlayıb və ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil edilib.

Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

Qaydaya görə, nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Qeyd edək ki, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.


Həmçinin oxuyun

Məktəblilər həyatlarını belə təhlükəyə atır (VİDEO)

Avtomobillərə işarə verərək dayanmalarını istəyirələr. Azyaşlı oladuqları üçün sürücülər onlara piyada zolağının olmadığı ərazidə yol …