Bazar , Oktyabr 2 2022
Ana səhifə / Sosial / Bakının mərkəzində qorxunc mənzərə: Hər an faciə baş verə bilər (VİDEO)

Bakının mərkəzində qorxunc mənzərə: Hər an faciə baş verə bilər (VİDEO)

Yatdığın yerdə anidən başına daş parçası düşə bilər və ya döşəmədə gəzərkən özünü hər hansı bir attraksiyona minmiş kimi hiss edirsən, çünki adam otağın o biri başına yellənə-yellənə gedir. Mənzillərdə isə insanlarla yanaşı digər həşaratlar da yaşayır. Çünki bunun üçün hər şərait var. Uçan tavan, betonu tökülən pilləkən, gəzəndə yellənən döşəmələr, çatları xəritəni xatırladan divarlar və s və ilaxır. Söhbət Səbail Rayonu, Arif İsmayılov küçəsi 88/3 ünvanındakı qəzalı binadan gedir.
Binanın bayır üzü içərisindən daha şükürlü imiş. Pilləkənləri qorxa-qorxa qalxıb, mənzillərə daxil oluruq.

Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvandakı vəziyyətdən halidirlər. Əraziyə baxış keçirib, müvafiq rəyin verilməsi ilə bağlı əlaqədar qurumlara rəsmi müraciət göndəriblər.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, cari ilin iyun ayında onlara icra hakimiyyəti tərəfindən  müvafiq rəyin verilməsinə dair müraciət daxil olub və onlar binada müayinənin aparılması üçün hazırlanmış müqaviləni  elə iyun ayında imzalanması üçün Səbail Rayon  İcra Hakimiyyətinə göndəriblər. Lakin bu günə kimi müqavilə imzalanaraq geri qaytarılmayıb.
Bu müqavilə imzalanmadan isə onların müayinə aparmağa ixtiyarı yoxdur.

Həmçinin oxuyun

Zorla ərə verilən məktəbli qız danışdı: Hər gecə ağlayırdım… (VİDEO)

Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.Söhbət şərti adı Gülnar olan yeniyetmədən …