Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / Bakının mərkəzində avtomobil yolu çöküb – Fotolar, Video

Bakının mərkəzində avtomobil yolu çöküb – Fotolar, Video

Paytaxtın Nəsimi rayonu ərzisində avtomobil yolu çöküb.

Azinforum.az Report-a istinadən məlumatına görə, hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.

Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.

Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ötən gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.



 

Həmçinin oxuyun

Beşdən çox uşağı olan ailələrin sayı açıqlandı

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 290 nəfər qəyyumuna həmçinin şəhid ailələrinin, müharibə …