Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Bakının iki böyük prospektinin kəsişməsində hərəkət məhdudlaşdırılır

Bakının iki böyük prospektinin kəsişməsində hərəkət məhdudlaşdırılır

Fevralın 5-dən 6-na keçən gecə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (keçmiş Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bağlanacaq.

Bu barədə “Report”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …