Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakının içməli su dərdi nə vaxt bitəcək? – Deputat

Bakının içməli su dərdi nə vaxt bitəcək? – Deputat

Son dövrlər su qıtlığı ilə əlaqədar paytaxtın bir çox ərazilərinə suyun verilməsində məhdudiyyətlərin tətbiq edilməsi, vətəndaşların su tələbatında müəyyən çətinliklər yaradır.

Bununla bağlı binalarda su çənlərindən yenidən istifadə edilməsi gündəmə gəlib. 

Mövzu ilə bağlı deputat Razi Nurullayev Referans.az-a açıqlama verib. Deputat su çənlərinin yenidən istifadəsinin həll yolu olmadığını bildirib.

“Bakı şəhərində binalardan su çənlərinin yığışdırılmasını doğru addım hesab edirəm. Yenidən su çənlərinin binaların üzərinə qoyulması isə problemin həlli demək deyil. Biz şəhəri abadlaşdırmalı, gözəlləşdirməliyik. Çənlərin yenidən qoyulması vətəndaşların rahatlığı üçün də doğru addım deyil.

Bu məsələnin həlli suyun verilməsidir, su probleminin aradan qaldırılmasıdır. Hazırda, yağıntıların az olması, quraqlığın artması ilə bağlı su qıtlığı yaşanır. Amma başqa mənbələr və vasitələr hesabı ilə Bakının və ətraf qəsəbələrin su ehtiyacı həll edilməlidir. Biz yenidən köhnə qaydalara, suyun məhdud verilməsinə qayıda bilmərik. Düşünürəm ki, bunun həlli ilə bağlı dövlət proqramı var və yaxın vaxtlarda aradan qaldırılacaq”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …