Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Bakının daha bir rayonunda su çənləri sökülür

Bakının daha bir rayonunda su çənləri sökülür

Xətai rayonunda hündürmərtəbəli yaşayış binalarında yaşayan sakinlərin su çənləri onlara məlumat verilmədən söküldüyü idda edilib.

Qafqazinfoya müraciət edən bina sakinləri bildiriblər ki, hansı qurumun əməkdaşları olduğunu bilmədikləri şəxslər binaların həyətinə qaldırıcı kran gətirərək heç bir xəbərdarlıq etmədən su çənlərini söküb aparırlar. 

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında bildirib ki, həmin binalar 24 saat su ilə təmin olunacaq və binaların damı əsaslı təmir olunacaq: “Buna görə də su çənləri yığışdırılır”.

Lakin P.İmanov həmin çənlərin sahiblərinə qaytarılmaması, bu binaların nə zaman 24 saat su ilə təmin olunacağı, həmin müddətə qədər sakinlərin su tələbatını necə ödəyəcəkləri barədə suallara cavab verməyib.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …