Ana səhifə / Sosial / Bakının bu rayonu ərazisində küçəyə atılan zibillər vaxtında daşınmır – VİDEO

Bakının bu rayonu ərazisində küçəyə atılan zibillər vaxtında daşınmır – VİDEO

Sabunçu rayonu, şəhər şosesi, döngə 2 ünvanında yaşayan sakinlər küçəyə atılan zibillərin vaxtında daşınmamasından şikayətlənir. Onlar deyirlər ki, ərazidə zibil qutularının az olması da yaşadıqları ərazidə xoşagəlməz mənzərə yaradır.

Kifayət qədər zibil qutusu olmadğı üçün məişət tullantıları pərakəndə şəkildə ətrafa atılır.

Çəkiliş apardığımız zaman sözügedən əraziyə Sabunçu rayon kommunal idarəsinə məxsus zibil daşıyan maşın gəldi. İdarənin işçiləri tərəfindən qutulardakı zibillər avtomobilə yüklənsə də, ətrafdakı zibillər yığışdırılmadı.

Problemlə bağlı Sabuçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz boşa çıxdı.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …