Cümə , Yanvar 22 2021
Ana səhifə / Sosial / Bakının bu küçəsi belə vəziyyətə gətirildi – Foto

Bakının bu küçəsi belə vəziyyətə gətirildi – Foto

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində aparılan işlər davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km-i əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Küçənin qalan 2.4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir. Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb.

Ümumilikdə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.

Xatırladaq ki, yolun artıq təmir edilərək istifadəyə verilən hissəsi Nəriman rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri – Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir.

Həmçinin oxuyun

Azərbaycandan bu ölkələrə QADAĞA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan …