Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakının bəzi yollarında rənglənmə işləri aparılır

Bakının bəzi yollarında rənglənmə işləri aparılır

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A.Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən “Şamaxinka” dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …