Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakının bəzi rayonlarında subasma zonaları aktivləşib

Bakının bəzi rayonlarında subasma zonaları aktivləşib

Bakının Binəqədi, Sabunçu və Xəzər rayonlarında subasma sahələri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsi və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. O bildirib ki, Sabunçu rayonunda – Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə edilib.

Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonu Qala qəsəbəsi subasma sahəsi də atmosfer yağıntılarının təsirindən aktivləşib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …