Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakının bəzi məktəblərinin istilik sistemlərində problemlər aşkarlanıb

Bakının bəzi məktəblərinin istilik sistemlərində problemlər aşkarlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) havaların soyuması ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədi ilə ilkin monitorinqlər aparılıb: “Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemlərində problemlərin olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində hazırda müvafiq tədbirlər görülür. Həmçinin, məlum olduğu kimi, qış mövsümünə keçid hər il 15 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmiləşdirilir”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …